Azərbaycanda leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
Sentyabrın 7-nə olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki və Lənkəran-Astara zonasında intensiv və güclü olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, bir sutka ərzində düşən yağıntının miqdarı Lənkəranda 51.0 mm (aylıq normanın 86%-i), Şəkidə 47.0 mm (aylıq normanın 32 %-i), Qaxda 42.0 mm (aylıq normanın 50%-i),