Logo

Bakıda 8 bağçanın fəaliyyəti DAYANDIRILDI

Bakıda 8 bağçanın fəaliyyəti DAYANDIRILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son bir ayda Bakıda 5 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib.

Sfera.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub: "Onların tərbiyəsi ilə 4 299 müəllim məşğul olur".

M.Vəliyeva bildirib ki, idarənin tabeliyinə 348 bağça keçib: "Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR