Logo

Nazilə Səfərlidən BNA və DYP-yə SƏRT TƏNQİD - VİDEO

Nazilə Səfərlidən BNA və DYP-yə SƏRT TƏNQİD - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şairə Nazilə Səfərli yenə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

O, "Instagram" hesabındakı paylaşdığı hekayələrdə şəhərin tıxaclarından xeyli gileylənib.

N. Səfərli Bakı Nəqliyyat Agentliyinin və Dövlət Yol Polisinin ünvanına tənqidlər yağdırıb:

"Şəhərin bu yerində - sağda aviakassa, solda çay fabriki. Şəhərin bu yerində işıqfor xarab olar? İşıqforun işləməməyi görün, nə qədər qəza şəraiti yaradır. Görün, nə qədər problem yaşadırsınız bizə...

Mövsüm indi gəlib ey, uşaqlar indi tətildən gəlib. Hara baxırsınız, ay yol işinə baxanlar? Ağzımı açdıracaqsınız indi. Gör, xalq, camaat nə gündədir...

Yağış yağıb bir yandan, işıqfor işləmir bir yandan. Avtobuslar da Allah göstərməsin, damımıza dırmaşırlar.

"28 May" metrostansiyasından bir azdan "Port Baku"ya yaxınlaşıram. Ora qədər bir dənə yol polisi yoxdur. Neyləyirsiniz? Nə işlə məşğulsunuz? Başqa vaxt gözümüzü deşirsiniz. Hardasınız yağış yağanda? Hamınız yoxa çıxmısınız".

Lent.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR