Azərbaycanda qadın anasının qatilinin evinə GƏLİN KÖÇDÜ

Azərbaycanda qadın anasının qatilinin evinə GƏLİN KÖÇDÜ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən il iyunun 23-ü H.Z.Tağıyev qəsəbəsində 1972-ci il təvəllüdlü Sevil Abdullayevanı qətlə yetirən qonşusu, 1993-cü il təvəllüdlü Ağabəy Atabalayevə hökm oxunub.

 

Sfera.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, qonşu qadını 42 bıçaq zərbəsi ilə, xüsusi amansızlıqla qətlə yetirən gəncə 17 il müddətinə həbs cəzası verilib.

 

Məhkəmə prosesində məlum olub ki, A.Atabalayevin valideynləri 2009-cu ildə vəfat edib. Bundan sonra o, kiçik qardaşları ilə birgə evlərində yaşamağa davam edib. Bir müddət sonra qonşuluqda yaşayan Sevil Abdullayevanın həyat yoldaşı da vəfat edib.

 

Ağabəy Atabalayev ifadəsində bildirib ki, Sevilin əri vəfat etdikdən sonra onunla münasibətini kəsib:

 

“Buna səbəb Sevilin mənə böhtan atmağa meyl etməsi, düzgün həyat sürməməsi idi. 2021-ci ilin may ayında Sevil evlərimizin arasında olan dəmir çəpərin öz həyətinə düşən hissəsinə it bağladı, it isə evə gedib-gəlməyimə, həyətdə iş görməyə mane olurdu.

 

Həmçinin kiçik qardaşımın Sevilin qızı ilə münasibəti var idi. Qardaşıma demişdim ki, Sevilə itini çəpərə bağlamamasını tapşırsın. Həmin vaxt Sevil bizi eşitdiyi üçün yaşadığı evin pəncərəsindən mənə nalayiq ifadələr işlədərək həyətinin istənilən yerinə itini bağlayacağını dedi. Daha sonra bizim evin həyətinə gələrək sanitar qovşağın qarşısında olan dəmir vedrəni ayağı ilə əzməyə və söyüş söyməyə başladı. Həmin vaxt çox əsəbiləşdim, Sevili döymək istədim, lakin qardaşımla əmim oğlu Sevili tutub həyətdən çıxarıb evinə apardılar.

 

Əsəbimdən telefonumu yerə çırparaq sındırdım. Sevillə qızı arasında da münasibətlər yaxşı deyildi, tez-tez evdə dalaşırdılar. Hər dəfə də qardaşımı evinə çağırıb qızı ilə münasibətini düzəltməsini istəyirdi. Qardaşımın onların arasında olan mübahisələrə daxil olması məni çox narahat edirdi, bu səbəbdən ona Sevilin evinə getməməyi və onların arasındakı mübahisələrə qarışmamasını deyirdim”.

 

Araşdırmalar zamanı məlum olub ki, Ağabəy Atabalayev qonşuluqda yaşayan qadınla baş verən mübahisələr barədə bibilərinə danışıb və hadisədən əvvəl onun bibiləri evə gələrək Sevil Abdullayeva ilə mübahisə ediblər. Sevil isə Ağabəyə baş verənlər barədə bibilərinə danışmasını irad bildirib və onun vəfat etmiş anasının ünvanına nalayiq ifadə işlədib. Bundan sonra Ağabəy evdə heç kimin olmadığı vaxt S.Abdullayevanın yaşadığı mənzilə daxil olaraq özü ilə gətirdiyi bıçaqla ona 42 dəfə zərbə endirməklə qətlə yetirib.

 

O da məlum olub ki, hadisədən bir neçə ay sonra hadisəni törədən şəxsin qardaşı R.Atabalayevlə qətlə yetirilmiş Sevil Abdullayevanın qızı ailə qurub.


OXŞAR XƏBƏRLƏR

7 nəfərin öldüyü qəzada nəqliyyat vasitələrinin buraxılış sənədləri olmayıb - RƏSMİ

Şəmkir rayonu ərazisində baş verən qəzada iştirak edən hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.   Sfer...

Pezeşkian ilk dəfə Ermənistanda – Səfərlə hansı mesajlar veriləcək?

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir. Səfər ABŞ-də gözlənilən Azərbaycan-Ermənistan rəhbərlərinin görüşündən sonra planlaşdırılı...

Bu qidalar xəstəlik mənbəyi imiş - XƏBƏRDARLIQ

Son illərdə sağlam həyat tərzinə üstünlük verənlərin tez-tez seçdiyi bəzi qidaların əslində orqanizmə zərər verə biləcəyi məlum olub.  Sfera.az xəbər ...

Azərbaycanda məktəblər 12 illik olacaq? - AÇIQLAMA

Son günlər ölkədə 12 illik təhsilə keçidlə bağlı geniş müzakirələr aparılır. Bu istiqamətdə müxtəlif fikirlər səsləndirilsə də, rəsmi qərar hələ açıqlanmayıb. ...

57 yaşlı kişi hündürlükdən yıxılıb öldü

Sumqayıtda 57 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.   Sfera.az-ın məlumata görə, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu şəhərin 4-cü mikror...

Amerika idxalını bahalaşdırır: Trampın yeni tarif planı

ABŞ Prezidenti Donald Trampın təsdiq etdiyi idxal rüsumları avqustun 7-də qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Trampın fikrincə, yeni tariflərin...