Logo

DİN: "Bakıda 13 yaşlı qızın ana olması faktı araşdırılır" - YENİLƏNİB-2

DİN: "Bakıda 13 yaşlı qızın ana olması faktı araşdırılır" - YENİLƏNİB-2
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən "Report"un bildirilib ki, məsələ nəzarətə götürülüb.

"Hazırda Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır", - Mətbuat Xidmətindən qeyd edilib.

***

11:02

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.

Sfera.az-ın məlumatına görə, Komitənin mətbuat katibi Teymur Mərdanoğlu "Report" bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılır.

Onun sözlərinə görə, hadisə ilə bağlı aidiyyatı qurumlarla birlikdə araşdırmalara başlanılıb.

T.Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapacağı təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR