Logo

Nazirdən ana olan 13 yaşlı məktəbli qızla bağlı xəbərə REAKSİYA

Nazirdən ana olan 13 yaşlı məktəbli qızla bağlı xəbərə REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Elm və təhsil naziri Emin Əmrullayev Bakıda 13 yaşlı məktəbli qızın körpə dünyaya gətirməsi və bu dövrdə məktəbdən yayınması məsələsinə münasibət bildirib.

Sfera.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırılma aparıldığını xatırladıb.

O qeyd edib ki, bu, nazirliyin səlahiyyətinə aid olan məsələ deyil: "Araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər bizimlə bağlı olan məsələ olsa, ölçü götürəcəyik".

Qeyd edək ki, ötən gün saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub. Hazırda ana və körpənin vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR