"Möcüzələr Şəhəri" adlı Beynəlxalq Su Sirki proqramı başlayır - FOTO
Bakı Dövlət Sirki yeni mövsümə "Möcüzələr Şəhəri" adlı Beynəlxalq Su Sirki proqramı ilə başlayır. Sfera.az xəbər verir ki, bu barədə proqramın təşkilatçısı dünya şöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının Ali Mükafatları laureatı Allahverdi İsrafilov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, proqram 13 oktyabr - 26 noyabr tarixləri müddətində valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş