Ermənilər nağaranı və Natiq Şirinovu erməniləşdirdilər - FOTO
Ermənilər bu dəfə qədim musiqi alətlərimizdən olan nağaranı erməniləşdiriblər.
Sfera.az bildirir ki, ermənilər bu dəfə sosial şəbəkə səhifələrində nağaranı qədim erməni musiqi aləti, Natiq Şirinovu isə erməni sənətkarı kimi təqdim ediblər.
Ermənilər, guya “qədim” ənənəvi erməni musiqisində və toylarında nağaranın mühüm əhəmiyyət kəsb etdiyini, “zəngin musiqi irs”lərinin dünyaya tanıdılmasında mühüm rol oynadığını qeyd ediblər. Həyasızcasına nağara ritm üslublarını mənimsəmək və təbliğ etməklə “erməni mədəniyyətini” dünyaya qürurla nümayiş etdirməyə səsləyən ermənilər, bunu xalq artistimiz Natiq Şirinovun şəkli ilə paylaşmaqdan belə çəkinməyiblər.
“Ənənəvi musiqiləri”ni qorumağa, sənət irsini gələcək nəsillərə məhz Azərbaycanın xalq artistinin şəkli ilə ötürməyə hər zamankı kimi yalnız ermənilər səsləyə bilərdi.
Aysel
Sfera.az