"Kapital Bank"ın dəstəyi ilə “Breyn Rinq” 22-ci mövsümünə başladı

Ölkənin birinci bankı "Kapital Bank" “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır.

 

Sfera.az xəbər verir ki, gənclərin bilik yarışı ilə sınağa çəkildiyi veriliş artıq 22-ci mövsümünə start verib. Hər həftənin bazar günü İctimai Televiziyada efirə gedən layihənin yeni mövsümündə 10 şəhər və 7 universiteti, eləcə də sponsorları təmsil edən 20 komanda çempionluq uğrunda yarışır.

 

Şərtlərə görə yarışmada il ərzində 2 mövsüm oynanılır. 1-ci mövsümdə “Bilik” kubokunun, 2-ci mövsümdə isə “Nar” kubokunun sahibi bəlli olur. İlin sonunda isə “Bilik” və “Nar” kubokunun qalibi olan 2 komanda Azərbaycan çempionu titulu uğrunda mübarizə aparır.

 

22-ci mövsümdə "Kapital Bank"ı Azərbaycanın məşhur idman şərhçilərindən ibarət “Birbank” komandası təmsil edir. Komandada Gündüz Abbaszadə, Rüstəm Fətəliyev, Süleyman Vəliyev, Şəmsəddin Abbasov, Əhməd Əliyev kimi idman jurnalistləri ilə yanaşı Bakı Ali Neft Məktəbinin tələbəsi Həsən Abbaslı yer alır.

 

Qeyd edək ki, "Kapital Bank" sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Ölkənin birinci bankı eyni zamanda  “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.

 

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...