\"Möcüzələr Şəhəri\" adlı Beynəlxalq Su Sirki proqramı başlayır - FOTO

\

Bakı Dövlət Sirki yeni mövsümə "Möcüzələr Şəhəri" adlı Beynəlxalq Su Sirki proqramı ilə başlayır.

 

Sfera.az xəbər verir ki, bu barədə proqramın təşkilatçısı dünya şöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının Ali Mükafatları laureatı Allahverdi İsrafilov jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, proqram 13 oktyabr - 26 noyabr tarixləri müddətində valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunacaq.

 

Ən çox gözlənilən Su Şousu sirkin səhnəsində ilk dəfə olaraq 100 ton su illüziyası, 600 fontan simfoniyası ilə tamaşaçılar üçün təqdim olunacaq. Şou artistləri arasında dünya şöhrətli kloun, akrobatlar, gimnastlar, kəndirbazlar, ekvilibristlər da çıxış edəcəklər.

 

"Beynəlxalq Su Sirk şou"su elə bir mühit yaradacaq ki, həm uşaqlar, həm də böyüklər üçün çox maraqlı olacaq. Biletləri şəhərin bütün kassalarından və iticket.az rəsmi saytından əldə etmək mümkündür.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR