“Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər”  mövzusunda tədbir keçirildi - VİDEO + FOTO

“Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər” mövzusunda tədbir keçirildi - VİDEO + FOTO
Kateqoriya məlum deyil
T

Oktybarın 7-də Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər” mövzusunda tədbir keçirib.

 

Layihənin təşkilinin başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılmasının, hərkəs üçün əlçatan, mobil və dayanıqlı şəhər mühitinin yaradılmasının təşviqidir.

 

Əvvəlcə dayanıqlı şəhər mobilliyinin prinsiplərindən, təhlükəsiz yol hərəkətinin davamlı təşkilindən, “ağıllı şəhər” konsepsiyalarının əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. (//youtu.be/6zH7T037Eis?si=N8xRMCYvRUG7vego)

 

Tədbirdə Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin daşıma departamentinin istismar xidmətinin rəisi İlham Hüseynov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mikromobillik şöbəsinin baş mütəxəssisi Çoşqun Məmmədov və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər layihə ilə bağlı fikirlərini və təcrübələrini bölüşüblər.

 

Layihə rəhbəri İmaməddin Quliyev bildirib ki, layihə çərçivəsində Bakı şəhərində 50 nəfərə yaxın gənc iştirakçının yol hərəkəti qaydalarına və müasir şəhər mobilliyinin prinsiplərinə dair bilik və bacarıqlarının artırılması, həmçinin yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində qeyri-formal təhsil metodundan istifadə olunaraq görüşlər təşkil olunacaqdır.

 

Çıxışlardan sonra tədbir “Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı” mövzusunda müzakirələrlə davam etdirilib.

 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Azərbaycan Könüllülər İctimai Birliyinin mətbuat katibliyi 

 

               

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR