4 məktəbə yeni direktor TƏYİN EDİLDİ

4 məktəbə yeni direktor TƏYİN EDİLDİ

2023-2024-cü tədris ilində paytaxt üzrə 4 nəfər direktor, 7 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini və 2 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə təyin olunub.

 

Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

 

Qeyd olunub ki, həmin müddətdə Bakı şəhəri üzrə məktəblərdə 1 227 nəfər müəllim müddətsiz müqavilə ilə, 500 nəfər müəllim isə müddətli müqavilə ilə işlə təmin olunub.


OXŞAR XƏBƏRLƏR