35 kiloqram narkotik dövriyyədən çıxarıldı - VİDEO

35 kiloqram narkotik dövriyyədən çıxarıldı - VİDEO

Abşeron rayonunun Qobu qəsəbəsində keçirilən əməliyyat zamanı 35 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib. Bölməyə əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Arafat İsmayılovun Qobu qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Evə baxış zamanı 7 kiloqram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 68 ədəd ümumi çəkisi 28 kiloqram çətənə kolu aşkarlanaraq götürülüb. A.İsmayılov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.

 

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 


OXŞAR XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İsrailə şərt qoydu: "Bu dövlət yaradılmalıdır"

Səudiyyə Ərəbistanı İsraillə əlaqələri yalnız Fələstin dövlətinin yaradılmasından sonra normallaşdıra bilər.   Sfera.az “Bloomberg”ə isti...

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   Sf...

Dünyanın ən qədim qəbiristanlığı aşkarlandı - FOTO

İsrailin mərkəzində yerləşən “Tinshmet” mağarasında aparılan arxeoloji qazıntılar zamanı ən azı 100 000 il əvvələ aid insan qalıqları tapılıb. Bu kə...

Nazirlər Kabineti sabit tariflə bağlı öhdəlik götürməlidir - Natiq Cəfərli

Xəbər verdiyimiz kimi, “Elektroenergetika haqqında” Qanun layihəsində dəyişiklik qüvvəyə minib. Beləliklə, bundan sonra elektrik enerjisi ilə əlaqəd...

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” kollektivinə qarşı oyun...

ABŞ İranı yenidən vura bilər: "Tehran HƏMAS-ı danışıqlardan yayındırır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza ilə bağlı danışıqlarda HƏMAS razılaşmaya yanaşmır və bölgədəki proseslərə İranın təsiri nəzərə çarpır.  O ə...