Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
Smartfon istifadəçilərinin ən çox qarşılaşdığı problemlərdən biri batareyanın sürətlə tükənməsidir. Bir çox hallarda bunun səbəbi telefonun köhnəlməsi deyil, arxa planda fasiləsiz işləyən və yüksək enerji sərf edən tətbiqlər olur. Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, sosial şəbəkələr, xəritə xidmətləri, video platformaları və oyunlar batareyanı ən çox istehlak edən tətbiqlər sırasındadır. Bu proqramlar ekranın uzun müddət aktiv qalmasına, internet bağlantısından, GPS-dən, kamera