Reklam
Peşə etikası
Tünd rejim
Açıq rejim
Hesab
Ana səhifə
Cəmiyyət
İqtisadiyyat
Siyasət
Maqazin
Kriminal
Region
Dünya
Maraqlı
Media
Reklam
Peşə etikası
Foto
Gündəm
Hadisə
Sağlıq
YAZARLAR
Təhsil
İdman
Cəmiyyət
Sosial məsələlər, kommunal və nəqliyyat, şəhər həyatı və vətəndaşları narahat edən mövzular.
1 avqust, şənbə
Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI
Dövlət Reklam Agentliyinin "İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) İcraçı direktoru Namik Xıdırovun xanım müşaviri işdən ayrılıb. Sfera.az xəbər verir ki, Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə "İNNOVA”nın İcraçı direktorunun müşaviri İnna Saleh qızı Abbasova vəzifəsindən azad edilib. Agentliyin mətbuat xidmətindən bildirilib ki, bir müddət əvvəl "İNNOVA”da müşavir ştatı ləğv edildiyi üçün İnna Abbasova işdən azad
19:19
GÖYDƏNİZ QƏHRƏMANOV:
“Ana dilimizin qorunması dövlət siyasətinin dəyişməz prioritetlərindən biridir”
Hər bir xalqın milli kimliyini yaşadan, onun tarixi yaddaşını, mədəni irsini və mənəvi dəyərlərini gələcək nəsillərə çatdıran ən mühüm amillərdən biri ana dilidir. Azərbaycan xalqı üçün də dil təkcə ünsiyyət vasitəsi deyil, milli varlığın, dövlətçilik düşüncəsinin və milli həmrəyliyin əsas sütunlarından biridir. Məhz buna görə də Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafı ölkəmizin müstəqillik tarixində xüsusi yer tutur. Bu sahədə həyata keçirilən ardıcıl siyasətin təməlində isə
17:51
Sabah dənizə getmək istəyənlərin
NƏZƏRİNƏ!
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.
17:11
Repçi Elşad Xose vəfat edib? -
İDDİA
Son saatlarda sosial şəbəkələrdə repçi Elşad Xosenin vəfat etməsi ilə bağlı paylaşımlar yayılıb. Sfera.az xəbər verir ki, hazırda sənətçinin vəfat etdiyini təsdiqləyən hər hansı rəsmi açıqlama verilməyib. Sosial şəbəkələrdə yayılan iddialar geniş müzakirə olunsa da, məlumatın doğruluğu hələlik təsdiqini tapmayıb. Məlumata görə, sənətçinin yaxınları və tanışları ilə əlaqə saxlanılsa da, onun ölümü ilə bağlı rəsmi təsdiq əldə olunmayıb. Xatırladaq ki, bundan əvvəl də Elşad Xosenin səhhətində
15:47
Hikmət Hacıyev Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edib -
VİDEO
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edib. Sfera.az xəbər verir ki, paylaşımda deyilir: "1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Ana dilimiz milli kimliyimizin, dövlətçiliyimizin və mədəni irsimizin əsas dayaqlarından biridir. Dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər
15:01
Səbinə Əliyeva
:
"Ana dilimiz kimliyimizin, yaddaşımızın və hüquqlarımızın təməlidir"
Ombudsman Səbinə Əliyeva 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə sosial media hesabında paylaşım edib. Sfera.az xəbər verir ki, Ombudsman bildirib ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü milli kimliyimizin, mənəvi irsimizin və doğma dilimizə ehtiramın ifadəsidir. Onun sözlərinə görə, ana dili insanın ilk kimliyi, mənəvi yaddaşı və dünyanı dərk etməsinin başlanğıcıdır. Hər bir insanın öz ana dilində danışmaq, təhsil almaq, fikir və yaradıcılığını sərbəst ifadə
14:51
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı
nekroloq imzalayıb
Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb. Sfera.az xəbər verir ki, nekroloqda deyilir: Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir. Nəriman Həsənzadə 1931-ci il fevralın
14:18
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu -
FOTO
Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub. Sfera.az xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin
14:02
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı
paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib. Sfera.az paylaşımı təqdim edir: "Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaq. Allah rəhmət eləsin".
13:57
Bazar gününə olan hava proqnozu
açıqlanıb
Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az- a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış
12:33
Azərbaycanda ötən gün 8 odlu silah
aşkarlanıb
Azərbaycanda iyulun 31-də 8 odlu silah aşkarlanıb. Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
12:12
Faktiki hava açıqlanıb
Avqustun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, avqustun 1-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Lerikdə 2, Astara və Yardımlıda 1 mm-dək qeydə alınıb. İyulun 31-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Culfada 21, Bakıda və Abşeron yarımadasında
12:05
Kamaləddin Qafarov:
“Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir”
“Milli dövlətçilik tariximizin müxtəlif dövrlərində Azərbaycan dili rəsmi olaraq dövlət dili elan olunsa da, həmin vaxtlar dilimizin bu statusu uzun müddət davam etməmişdir.” Bu fikir Milli Məclisin deputatı Kamaləddin Qafarovun 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə mətbuata açıqlamasında yer alıb. Millət vəkili xatırladıb ki, yalnız Ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra Azərbaycan dili sözün həqiqi mənasında dövlət
11:41
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda
dəfn ediləcək
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Bu barədə Sfera.az -a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.
11:18
Meşələrdə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib -
VİDEO
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Yevlax rayonu ərazisində yerləşən Cırdaxan Meşəbəylinin 2 saylı Meşə dolayında “Meşə yanğınlarının qarşısının alınması” mövzusunda maarifəndirmə tədbirləri keçirib. Bu barədə Sfera.az -a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirlərdə Fövqəladə Hallar, Daxili İşlər, Ekologiya və
10:41
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür:
Ana dilimizin qorunmasının rəmzi
Bu gün – avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, mədəni irsinin və dövlətçilik ənənələrinin əsas sütunlarından biri olan ana dilinə ehtiramın ifadəsi hesab edilir. Hər il ölkədə bu münasibətlə müxtəlif tədbirlər, elmi konfranslar, kitab sərgiləri və maarifləndirici layihələr təşkil olunur, Azərbaycan dilinin inkişafı və qorunmasının əhəmiyyəti bir daha diqqətə çatdırılır. Sfera.az
10:14
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər
saxlanılıb
İyulun 31-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Sfera.az -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli
10:03
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib. İdarədən Sfera.az -a verilən xəbərə görə, müraciətdə deyilir ki, həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir: "Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmağı
09:45
Xalq şairi Nəriman Həsənzadə
vəfat edib
Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitib və orada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub. Nəriman Həsənzadə
09:40
Hüseyn 6 il həbs oluna bilər
Rusiya Prokurorluğu bloqer Hüseyn Həsənova çirkli pulların yuyulması ittihamı ilə 6 il həbs cəzası istənilib. Sfera.az xəbər verir ki, hazırda beynəlxalq axtarışa verilən Hüseyn, eyni zamanda 155 milyon rubl cərimə olunub. İttiham tərəfinin versiyasına görə, Həsənov 170 milyon rubldan (2,1 milyon dollar) çox məbləğdə vergidən yayınıb, bundan sonra daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə bağlayaraq pul vəsaitlərinin bir hissəsini leqallaşdırıb. 2025-ci ilin yazında Həsənov qiyabi həbs
08:52
Yağış, şimşək, 39 dərəcə isti - Bu günün havası
Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi
08:22
31 iyul, cümə
Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq olunacaq. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, xarici dairəvi avtomobil yolunun yan yolunda (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinədək) avqustun 1-i saat 06:00-dan avqustun 3-ü saat 06:00-dək
22:28
Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər
Respublika Perinatal Mərkəzinin əsaslı təmir və yenidənqurma işləri aparılacaq. Sfera.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzi bununla əlaqədar hazırlıqlara başlayıb. İlkin mərhələdə əsaslı təmir və yenidənqurmanın layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçiriləcək. Sözügedən işlərin layihə-smeta sənədlərinin hazırlanmasına 388 min manat vəsait sərf olunacağı proqnozlaşdırılıb. Qeyd edək ki, 2024-cü il yanvarın 9-da
20:32
Port Baku-dakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Sfera.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin operativ müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan
20:10
Daha Çox Yüklə
‹ Əvvəlki səhifə
Növbəti səhifə ›