Logo

Şənbə və bazar günləri hava PROQNOZU

Şənbə və bazar günləri hava PROQNOZU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu həftənin şənbə və bazar günləri, yəni avqustun 1-i və 2-si Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.

Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir.

Havanın maksimal temperaturu Aran rayonlarında 34-39, dağlıq ərazilərdə 23-28 dərəcə isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR