Bu marşrutdan istifadə edənlərin diqqətinə: Avtobuslar dəyişdirilir

Kateqoriya məlum deyil
T
Avqustun 1-dən etibarən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xəttində yeni avtobuslar istismara veriləcək.
Sfera.az xəbər verir ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut üzrə hazırda istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilmiş böyüktutumlu "Iveco" markalı avtobuslarla əvəz olunacaq.
Yeni avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Marşrut üzrə gedişhaqqı isə 0,60 manat müəyyən edilib.






