Rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
“Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir”. Sfera.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya xidmətinin rəsmisi Asif Verdiyev bildirib. Onun sözlərinə görə, Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır. Qeyd olunub ki, Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçir. A.