Bədənimizin iş mexanizmi: Bu saatlarda DİQQƏTLİ OLUN!

Bədənimizin iş mexanizmi: Bu saatlarda DİQQƏTLİ OLUN!

“Müəyyən olunmuş saatlarda bədənimizin müxtəlif funksiyaları olur. Hansı saatlarda bədən zəif olar, hansı saatlarda gümrah, nə zaman nəbz tənbəlləşər, idman üçün ən yaxşı saat nə zamandır...”.

 

Sfera.az bildirir ki, bunu həkim-nevroloq Qalib Əsədov deyib. Mütəxəssis sözügedən mövzu ilə bağlı maraqlı məlumatlar qeyd edib.

 

Onun sözlərinə görə, orqanizm səhər saat 6-da ortizon ifraz etməsiylə oyanır:

 

“Bu oyanma bədən üçün “özünü yavaşca qalxmağa hazırlama” işarəsidir. Maddələr mübadiləsi aktivləşir, günün işləri üçün enerji və zülal xidmətə hazır olur. Saat 7-də bədən hələ zəif olur, idman etməkdən yayınmaq lazımdır. Ürək və qan dövranı gərəksiz yüklənir. İdman yerinə nahar edin, həzm bu saatda mükəmməl çalışır. Saat 8 libidonun ən yüksək olduğu saatdır, çox miqdarda hormon ifraz olunur. Siqaret narkomanları üçün də vəziyyət eynidir. Nahar siqareti damarları hər zamankından daha çox daraldır. Səhər saat 9 isə bədənin dinc, qüvvətli olduğu zamanlardır. Hər hansı bir xəstəlik üçün iynə vurdurmalısınızsa, bu, ən doğru zamandır. İynənin qızdırma və şişmə kimi yan təsirləri nadir olaraq görünür, bədən rentgen şüalarına qarşı daha müqavimətli olur. 10 - orqanizmin özünə gəlmə, “mən burdayam” demə saatıdır, bədən ən yüksək istilik səviyyəsindədir. Məhsuldarlığımız da həmçinin.. Bir əhəmiyyətli detal ondan ibarətdir ki, 10.00 ilə 12.00 arası infarkt hadisələrinə sıx rast gəlinir. Saat 11 - Bədənin tam formada olduğu, məhsuldar olmağa proqramlı bir zamandır. Ürək və qan dövranı o qədər gümrahdır ki, edilən müayinələrdə ürəkdəki bir qüsur gözdən qaça bilər. Hazırcavablıq yüksək həddə çatar, xüsusilə, hesab işləri, riyaziyyat tapşırıqları rahat və yaxşı bir şəkildə, çətinlik çəkmədən həll edilər. Saat 12 – istirahət vaxtıdır, diqqət azalır və insanı yuxu basır. Mədədəki turşu miqdarı artır, beyindəki qan axını azalır. Çünki qan həzm orqanlarını dəstəkləməsi üçün mədə tərəfindən istifadə edilir. Günorta yuxusu yata bilən insanlarda, statistikalara görə, infarkt 30% nisbətində az rast gəlinir”.

 

Mütəxəssis bildirib ki, günorta saat 1-də artıq bədən formadan düşür:

 

“Məhsuldarlıq günün ortasında 20% aşağı düşür. Bütün orqanlar ən aşağı səviyyədə işləyir, yalnız öd günorta yeməyini həzm etmə fəaliyyəti göstərir. Saat 2-də bitkin oluruq. Çünki təzyiq və hormon səviyyəsi düşür. Diş həkimindən qorxanlar üçün ən uyğun görüş saatıdır – bu vaxtda ağrı az hiss edilir. Lokal anesteziya uzun müddət davam edir. Saat 3 - enerji geri gəlir, yaddaş tam formasındadır. İkinci məhsuldarlıq dövrü başlayır, amma səhərkindən az..Saat 4 - idman üçün ən yaxşı vaxtdır. Təzyiq və dövran çox yaxşı vəziyyətdə olur. Saat 5-də isə orqanların fəaliyyəti yüksək səviyyəyə qalxır. Qüvvət artır, oksigen xərclənir, böyrəklər çox çalışır. Dırnaqlar və saçın ən tez uzandığı zamandır. Mədədəki turşu miqdarı artır. Saat 6 - axşam yeməyi üçün ideal zamandır. Pankreas bu saatda xüsusilə aktiv olur. Saat 7 - qan təzyiqi və nəbz zəifləyir. Bu səbəbdən qan təzyiqi salan dərmanlara diqqət etmək lazımdır, təhlükəli ola bilərlər. Antidepresantların təsiri də bu saatda daha çox olur. Saat 8-də qaraciyərdəki yağ səviyyəsi düşür və çirkli qan ürəyə hər zamankından daha çox axır. Allergiyası olanlar və astmalılar dərmanlarını bu saatda qəbul etməlidir. Təsiri dərhal görünür. Antibiotiklər də az dozada qəbul edilsə, belə təsirləri ən yüksək səviyyədə olur”.

 

Q.Əsədov qeyd edib ki, axşam saat 9-da həzm orqanlarının gündəlik vəzifəsi sona çatır və gələn hər şey mədədə səhərə qədər həzm edilmədən qalır:

 

“Bu isə çox təhlükəlidir. Axşam saat 10-dan sonra bədən nikotin kimi zəhərləri çox çətin atır. Siqaret çəkənlər diqqətli olmalıdırlar. Saat 11-də orqanizm gün ərzində aktiv fəaliyyət göstərən stress hormonunu ifrazını dayandırır, sakitləşib, rahatlanırıq. 12-də isə yatarkən dəri hüceyrələri dayanmadan çalışır, gündüz olduğundan daha çox bölünür. İlk yuxu mərhələsi, yarım saat içində yuxu görməyə başlayırıq. Gecə saat 1-də çalışanlar səhv edə bilir, diqqət azalır, çünki bədən özünü yatmağa proqramlaşdırır. Gecə saat 2-də isə avtomobil istifadə edənlər diqqətli olmalıdırlar, görmə zəifləyir, reaksiyalar yavaşıyır, qəzalar bu saatda çox olur. Gecə 3 bədənin də, ruhun da ən qaranlıq mərhələsidir. 4-də isə stress hormonundan enerji qazanırıq. İnfarkt böhranları saat 04.00 ilə 06.00 arasında çox olur, çünki qan təzyiqi olduqca yüksəlib, damarlar gərilir. Saat 5-də stress hormonu bizi fəaliyyətə keçirir və gündüz dəyərinin tam 6 qatına çıxır. Bədənimiz hərəkətə keçir, itən enerji yenidən geri gəlir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...