"İstifadə etdiyiniz maddə insan dərisini yandırır" - Tanınmış dizayner BŞİH-dən ŞİKAYƏTLƏNDİ

“Azərbaycan prospektində apardığınız abadlaşdırma işlərini alqışlamağa çalışırıq. Amma binanın divarlarını yumaq üçün istifadə etdiyiniz kimyəvi maddə insan dərisinə düşəndə dəridə yanıq əmələ gətirir”.

 

Sfera.az bildirir ki, bu sözləri tanınmış dizayner Vəfa İsazadə deyib.

 

O, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib:

 

“Bayağı lentlərlə dırnaqarası əhatəyə aldığınız yerdən camaatın başına həmin kimyəvi maddə külək vasitəsilə sıçrayır, hətta tökülür. Binanın altında yerləşən aptekə girə bilməyəndə işçilər mənə “gedin başqa aptekdən alın, mütləq bu aptekə girməlisiniz?”, - dedilər. Şəhərin mərkəzi küçələri istifadə etdiyiniz kimyəvi maddənin ləkələri ilə doludur. “Qaş düzəldən yerdə vurub göz çıxarmaq” buna deyirlər”.

 

Dizayner sözügedən maddələrin insanların səhhətinə zərər vurduğunu iddia edib:

 

“Həmçinin, orada çalışan işçiləri kimyəvi maddələrdən qoruyan geyimlə təmin etməmisiniz”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

ABŞ nüvə eskalasiyasına görə İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İran neftinin daşınmasına görə 3 şirkət və 11 gəmiyə qarşı sanksiya tətbiq edib. Sfera.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytın...

Batan mühacir qayığında azyaşlı qıza təcavüz edərək BOĞDU

İtaliya sahillərində 70 qeyri-qanuni immiqrantı daşıyan qayıq batıb.    Sfera.az xəbər verir ki, həyat yoldaşı və övladı gözünün qabağında boğul...

Hikmət Hacıyev: "Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək"

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının bütün dünyanı Cən...

Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın OLDU

Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.   Yanğın Nəsimi rayonunun...

Dünyanın ən qəddar təcrübələrindən biri və nəticələri - Fərqli ailələrə övladlığa verilən üçəmlər

Hər təcrübə fiziki olaraq zərər vermir, bəziləri fiziki ağrıdan daha böyük yaralara səbəb olur. Zaman-zaman yazılarımızda sizə tarixdə insanlar üzərində aparıla...

Multivitaminlər ömrü uzadır? - YENİ TƏDQİQAT

Amerikalı alimlər multivitaminli qida əlavələrinin insan ömrünə necə təsir etdiyini öyrəniblər.  Sfera.az xəbər verir ki, onlar 20 il ərzində 400 000-...