Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 20 uşağı himayədar ailələrə verib.

 

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, onlardan 5-i oğlan, 15-i qızdır.

 

Qeyd olunub ki, nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. Uşaqlardan 10-u Bakı şəhərində, 10-u rayonlarda (o cümlədən 2-si Lənkəranda, 1-i Cəlilabadda, 1-i Ağcabədidə, 1-i Biləsuvarda, 1-i Zaqatalada, 1-i Gəncədə, 1-i Göyçayda, 1-i Şamaxıda, 1-i Xaçmazda) yaşayan himayədar ailələrə verilib.

 

Xatırladaq ki, himayədar ailələrə himayəyə götürdükləri 6 yaşadək uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat), 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilir.

 

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.


OXŞAR XƏBƏRLƏR

Həyat yoldaşlarını heç vaxt aldatmırlar - Ən sadiq 5 BÜRC

Bəzi bürclərin nümayəndələri digərlərinə nisbətən daha sadiqdirlər. Bu istər münasibətlərində, istərsə də iş həyatlarında belədir.   Sfera.az hə...

"Çin ilə strateji tərəfdaşlığımız daha da dərinləşəcək" - İlham Əliyev

Əminəm ki, Azərbaycan ilə Çin arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli qaydada, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız dost xa...

Dünya çempionatı: Azərbaycan gimnastları finala vəsiqə qazanıblar

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar.   Sfera....

Ombudsmanınnümayəndələri Suriyadan gətirilmiş vətəndaşların problemlərini öyrəndi

Ombudsmanın nümayəndələri Suriyadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib.   Bu barıdə Sfera.az-a Ombudsman Aparatından məlumat ...

"Naxçıvanda raketlər yerləşdirib İrəvanı..." - Ermənistanın silahlanması ilə bağlı SƏRT AÇIQLAMA

“Ermənistanın silahlanması Cənubi Qafqazda yeni təhlükəsizlik problemlərinə yol açır”.   Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Ə...

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Hər bir dövlətin istər mübarizə əzmi, istərsə də müdafiə qabiliyyəti onun güclü iqtisadiyyatına əsaslanır. Azərbaycan da belə dövlətlərdəndir. Vətən Müharibəsi ...