Hava şəraiti ilə bağlı elan edilən sarı, narıncı və qırmızı xəbərdarlıq nədir? 

Hava şəraiti ilə bağlı elan edilən sarı, narıncı və qırmızı xəbərdarlıq nədir? 

Xəbər verdiyimiz kimi, iyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.

 

Bəs sözügedən rənglər hansı mənanı ifadə edir?

 

Sfera.az bildirir ki, bu,  Azərbaycanda hava xəbərdarlıqları ilə bağlı tətbiq olunan yeni mexanizmdir.  Belə ki, gündəlik hava xəbərdarlıqları zamanı gözlənilən təhlükəli hidrometeoroloji hadisələr “Rəng xəbərdarlıq sistemi” şkalası ilə əhaliyə çatdırılır. Qeyd etdiyimiz rənglərin mənaları isə belədir:

 

Sarı rəng -  Xəbərdarlığın bu rəng şkalasında təqdim olunması bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyinin proqnozlaşdırıldığı deməkdir. Sarı xəbərdarlıqlarda kiçik xəsarətlər üçün bəzi potensial təhlükələr qeyd olunur.

 

Narıncı rəng -  Bu, ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir. Narıncı rənglə edilən xəbərdarlıqlara və tövsiyələrə mütləq əməl etmək vacibdir.

 

Qırmızı rəng – Bu rəng isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka çox yüksək, yəni ekstrimal risk olduğunun göstəricisidir. Qırmızı xəbərdarlıqlar şiddətli fırtına və tufan, qasırğa halları zamanı istifadə olunur.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...