Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq - RƏSMİ

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq - RƏSMİ

28 aprel saat 11:00-dan etibarən M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan II Dünya müharibəsində nə qədər itki verib? - RƏQƏMLƏR

İkinci Dünya müharibəsində Azərbaycandan 641 minə yaxın insan hərbi xidmətə cəlb edilsə də əməliyyatlar zamanı onlardan nə qədərinin dünyasını dəyişdiyinə dair ...

Sabah bu yollar BAĞLANACAQ - RƏSMİ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət...

Ərdoğan: "İslamofobiya Avropa əhalisi üçün ən böyük təhdiddir"

İslamofobiya və irqçilik Avropada yaşayan insanlar üçün ən böyük təhdiddir.   Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, bu barəd...

Moskvada Qələbə paradı BAŞA ÇATDI

Rusiya paytaxtı Moskvadakı Qırmızı Meydanda keçirilən Qələbə paradı başa çatıb.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   ...

Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”

“Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkd...

Vladimir Putin: "Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək"

Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək, lakin eyni zamanda, heç kimin bizi hədələməsinə imkan verməyəcək.   Sfera.az-ın mə...