Mark Libby: "ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıdır"

Mark Libby:

ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektorunda və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməkdə maraqlıdır.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında bildirilib.

 

"Səfir Mark Libby “Baker Hughes” şirkətinə baş çəkərək ölkə nümayəndəsi Zaur Allahverdizadə və digər rəhbər şəxsləri ilə görüşüb. ABŞ şirkəti və neft-qaz avadanlığı və xidmətlərinin əsas tədarükçüsü olan “Baker Hughes” Azərbaycan şirkətində 300-dən çox işçi çalışır və "SOCAR Upstream" ilə sıx əməkdaşlıq edir", - paylaşımda qeyd olunub.

 

Səfir “Baker Hughes”in "yaşıl enerji" təşəbbüsləri, müxtəliflik və inklüzivlik siyasəti haqqında məlumat əldə edib. M. Libby, "yaşıl enerji" üçün tənzimləyici çərçivənin vacibliyini qeyd edib və ABŞ şirkətlərinin Azərbaycanın bərpa olunan enerji sektoruna marağını vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

İki ölkə liderinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan-Belarus münasibətləri sürətlə inkişaf edir. Bu baxımdan Belarus Respublikasının...

Rəisinin və Abdullahiyanın qəzadan əvvəl çəkilmiş SON FOTOSU

  Helikopter qəzasında həyatını itirən İran Prezidenti İbrahim Rəisinin və Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölümündən əvvəl çəkilmiş son f...

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar birgünlük matəm ELAN EDİLDİ

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Pakistanda birgünlük matəm elan ...

Ceyhun Bayramov: "Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həlak olması ilə əlaqə...

“Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq” - Zaxarova 

"Biz İrandakı qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq".   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin...

Aİ İrana başsağlığı verdi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel İrana başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.  ...