Almaniya kanslerindən mühüm Ukrayna AÇIQLAMASI: “Hazır olmalıyıq”

Almaniya kanslerindən mühüm Ukrayna AÇIQLAMASI: “Hazır olmalıyıq”

Almaniya kansleri Olaf Şolts Ukraynadakı münaqişənin uzanacağını bildirib. 

 

Sfera.az xəbər verir ki, bu barədə "Tagesschau" nəşri yazıb.

 

"Müharibə uzun müddət davam edəcək, buna hazır olmalıyıq",- Şolts qeyd edib.

 

Olaf Şolts həmçinin Avropa ölkələrini Kiyevi daha da çox “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə çağırıb.

 

Xatırladaq ki, Şolts ötən ay Almaniya hakimiyyətinin Ukraynaya “Taurus” raketlərini verməməkdə qərarlı olduğunu bildirib. 

 

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Heusgen Şoltsun Ukraynaya “Taurus” uzaqmənzilli raketlərini verməkdən imtina etməsini pisləyib və onun mövqeyini anlaşılmaz adlandırıb.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR