Vladimir Putin: \"Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək\"

Vladimir Putin: \

Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək, lakin eyni zamanda, heç kimin bizi hədələməsinə imkan verməyəcək.

 

Sfera.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada 9 may Qələbə gününə həsr edilən paradda çıxış edərkən deyib.

 

O qeyd edib ki, Rusiyanın strateji qüvvələri hər zaman döyüş hazırlığındadır.

 

“Rusiya heç vaxt ikinci cəbhənin və müttəfiq yardımının əhəmiyyətini azaltmayıb. Biz anti-Hitler koalisiyasının bütün döyüşçülərinin, Müqavimət iştirakçılarının, Vətən xainlərini, casusları üzə çıxaranların, partizanların şücaətinə, militarist Yaponiyanın təcavüzünə qarşı öz müstəqilliyi uğrunda mübarizə aparan Çin xalqının şücaətinə hörmətlə yanaşırıq. Ümumi mübarizəmizi və ilhamverici müttəfiqlik ənənələrimizi həmişə xatırlayacağıq, heç vaxt unutmayacağıq”, - V.Putin deyib.


OXŞAR XƏBƏRLƏR