Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanıldı - FOTO

Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanıldı - FOTO

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, hadisə Mingəçevirdə baş verib.

 

“Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə alış-veriş məqsədilə yaradılan sosial şəbəkə qruplarında vətəndaşlara qarşı dələduzluq edən 21 yaşlı Ümid İsmayılov saxlanılıb. Sözügedən şəxs əvvəlcə onlayn satış etmək üçün işçi tələb olunması barədə elan verib. Həmin şəxsləri aylıq maaş verəcəyi vədi ilə aldadaraq onlardan müəyyən məbləğdə depozit alıb. Daha sonra o, tanınmış markaların sosial şəbəkə səhifələrindən geyim fotoları köçürərək sosial şəbəkə qruplarında paylaşıb. Alış-veriş etmək istəyən müştərilər ödənişi Ü.İsmayılovun “işə götürdüyü” şəxslərin bank kartına, onlar isə öz növbəsində saxlanılan şəxsin hesabına transfer ediblər”.

 

Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

 

DİN həmçinin, vətəndaşlara da müraciət edib.

 

“Ü.İsmayılovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər” - qurum qeyd edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR