Qavrayışı zəif olan uşaqlara yeni dili necə öyrətmək olar? - AÇIQLAMA

Qavrayışı zəif olan uşaqlara yeni dili necə öyrətmək olar? - AÇIQLAMA

Valideynlərin əksəriyyəti övladlarının uğurlu gələcəyi üçün yeni dil öyrənməklərini vacib hesab edirlər. Amma bəzi uşaqların qavrayışı zəif olduğu üçün yeni dil öyrənməkdə çətinlik çəkirlər.

 

Bəs qavrayışı zəif olan uşaqlar yeni bir dili necə öyrənə bilərlər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan ingilis dili müəllimi Aysel Əmirova bildirib ki, qavrayışı zəif olan uşaqlara xarici dili öyrətmək o qədər asan məsələ deyil.

 

“Bu zaman sadə metodlardan istifadə etmək lazımdır. Əvvəlcə uşağın hansı üsulla öyrəndiyini təyin etmək vacib nüanslardan biridir. Bir sıra uşaqlar yazaraq, bəziləri fiqurlarla və ya vizual elementlərlə öyrənirlər. Hər uşağın öyrənmə metodu və qavrayış şəkli fərqlidir. Uşaq öyrəndiyi hər bir dili eşitməli, danışmalı və digər insanlarla ünsiyyət qurmağı bacarmalıdır. Müəyyən məqsədlər müəyyənləşdirilməlidir. Gündə bir neçə söz, bir neçə oyun, bu və ya digər dildə şeir demək kimi hədəflər ilə uşağın dilə olan marağını artırmaq mümkündür. Uşaqlara xarici dilin öyrədilməsinə 5 yaşdan erkən başlanılmamalıdır. Yaş ləngiməsi olan uşaqlara isə daha gec yaşlarında ikinci, üçüncü dil öyrədilməlidir”.

 

 Aysel Əmirova qeyd edib ki, yeni bir dilin öyrədilməsində valideynlərin də rolu böyükdür.

 

“Valideynlər uşaqlarına fərdi yanaşmalıdır. Uşaqların potensialını, intellektual inkişafını yoxlayan xüsusi mütəxəssislərdən, psixoloq-pedaqoqlardan dəstək almaları da tövsiyə olunandır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Cinayət törədən 94 nəfər SAXLANILDI 

18-19 may tarixlərində ölkə ərazisində qeydə alınan 95, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  ...

Bakının iki qəsəbəsində qaz olmayacaq - XƏBƏRDARLIQ!

Bu gün Bakının iki qəsəbəsinin qaz təchizatında müvəqqəti yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz...

Azərbaycan XİN İrana BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib. ...

İranda helikopter qəzasında həlak olanların cənazələri Təbrizə GÖNDƏRİLDİ

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri də göyərtəsində olduğu helikopterin qəzasında həlak olanların hamısının cənzaələri hadisə yerindən çıxarılı...

İran Prezidentinin səlahiyyətlərini o icra edəcək - FOTO

Helikopter qəzasında həlak olan İbrahim Rəisini əvəz edəcək şəxsin adı açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə İran mətbuatı məlumat yayıb. ...

İlham Əliyev İranın Ali Rəhbərinə BAŞSAĞLIĞI VERDİ

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib.   Sfera.az xəbər verir ki, ...