Hansı temperament tipinə aid olan insanlara daha tez aşiq olurlar?  – Seksoloq AÇIQLADI

Hansı temperament tipinə aid olan insanlara daha tez aşiq olurlar?  – Seksoloq AÇIQLADI

Temperament tipi aşiq olmağa və münasibətlərə təsir edə bilər. 


Sfera.az xəbər verir ki, bunu seksoloq və psixiatr Aleksey Vilkov bildirib.

 

Onun fikrincə, bəzi insanların diqqətini cəlb etmək olduqca asandır, münasibətlərə tamamilə açıqdırlar və onların eşqbazlığı, ilk növbədə, xasiyyətləri ilə müəyyən edilir. Bu insanlar tez aşiq olduqları kimi onlara da tez aşiq olurlar.

 

Bunlara xolerik və sanqvinik temperament tipinə aid insanlar daxildir. Bu temperament tipinə aid olan şəxslərin enerjisi və nikbinliyi başqalarının diqqətini çəkir. Onlar çox sosialdırlar.

 

A.Vilkov qeyd edib ki, sevgiyə olan ehtiyacın ödənilməsi belə insanların narahatlıq səviyyəsini azaltmağa kömək edir, çünki müsbət emosiyalar doğuran sabit münasibətlər yaranır. Nəticədə, narahatlığı azaldan endorfinlərin sintezi artır.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR