Moskvada Qələbə paradı BAŞA ÇATDI
12:47 / 09.05.2024
2949
Rusiya paytaxtı Moskvadakı Qırmızı Meydanda keçirilən Qələbə paradı başa çatıb.
Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Faşizm üzərində Qələbənin 79-cu ildönümünün qeyd edilməsində Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak ediblər. Həmçinin Qvineya Bisau, Kuba və Laos liderləri də təntənəli mərasim üçün Moskvaya gəliblər.