“Bu qələbəni halal zəhmətinizlə qazanmısınız” - İlham Əliyev

“Bu qələbəni halal zəhmətinizlə qazanmısınız” - İlham Əliyev

“Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir”.

 

Sfera.az xəbər verir ki, bu sözləri iyunun 14-də Prezident İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edən zaman deyib.

 

Dövlət başçısı komandanın bu qələbəsinin çox böyük qiymətə layiq olduğunu bildirib: “Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız. Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb.

 

Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan II Dünya müharibəsində nə qədər itki verib? - RƏQƏMLƏR

İkinci Dünya müharibəsində Azərbaycandan 641 minə yaxın insan hərbi xidmətə cəlb edilsə də əməliyyatlar zamanı onlardan nə qədərinin dünyasını dəyişdiyinə dair ...

Sabah bu yollar BAĞLANACAQ - RƏSMİ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət...

Ərdoğan: "İslamofobiya Avropa əhalisi üçün ən böyük təhdiddir"

İslamofobiya və irqçilik Avropada yaşayan insanlar üçün ən böyük təhdiddir.   Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, bu barəd...

Moskvada Qələbə paradı BAŞA ÇATDI

Rusiya paytaxtı Moskvadakı Qırmızı Meydanda keçirilən Qələbə paradı başa çatıb.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   ...

Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”

“Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkd...

Vladimir Putin: "Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək"

Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək, lakin eyni zamanda, heç kimin bizi hədələməsinə imkan verməyəcək.   Sfera.az-ın mə...