\"Xətai” stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı

\

"Bakı Metropoliteni”nin "Xətai" stansiyası avqust ayında açılacaq".

Bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

H.Məmmədovun sözlərinə görə, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir: "Biz çalışırıq ki, "Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.

Qeyd edək ki, "Xətai" stansiyası 1968-ci ildə istismara verilib. Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalator quraşdırılıb. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək.

Xatırlatmaq yerinə düşər ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.

"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurəti yaranıb. Bunu nəzərə alaraq, "Bakı Metropoliteni”nin "Xətai” stansiyası keçən ilin sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanıb. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılıb. Bütün təmir-bərpa və quraşdırma işlərinin bu il avqustun 10-da başa çatdırılması nəzərdə tutulub. (report)


OXŞAR XƏBƏRLƏR

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 3

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib. ...

"ABŞ Çinin qanuni inkişaf hüquqlarını pozmaqda davam edir" - Vanq Yi

“Vaşinqton və Pekin arasında münasibətlərə xələl gətirən mənfi tendensiyalar hələ də artmaqdadır, çünki Birləşmiş Ştatlar Çinin qanuni inkişaf hüquqlarını...