"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak edəcəyinə ümid etdiyini bildirib.

 

Sfera.az xəbər verir ki, Ermənistanın Baş nazirinin sammitdə iştirak etmək üçün Moskvaya gəlib-gəlməyəcəyi sualına cavab verən Overçuk bildirib ki, Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir. Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putin və Nikol Paşinyanın gözlənilən görüşünü istisna etməyib.

 

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammiti 2024-cü il mayın 8-də Moskvada keçiriləcək.

 

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Aİİ-nin yubiley sammiti nəinki təşkilatın həyatında yeni onillik açacaq, həm də inteqrasiyanın dərinləşməsinə, iştirakçı ölkələrin rifahının və həyat səviyyəsinin yüksəldilməsinə töhfə verəcək.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR