Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.

 

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Rusiya ABŞ-nin elan etdiyi təhlükəsizlik yardımı Ukraynaya çatana qədər hücumları intensivləşdirməyə çalışa bilər:

 

“Yəqin ki, Moskva yaranan məhdudiyyətlərdən istifadə etməyə cəhd göstərəcək”.

 

İddiaya görə, Rusiya qüvvələrinin qarşıdakı həftələrdə Ukraynanın mühüm infrastruktur obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumu mümkündür.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, amerikalı analitiklərin iddiası məntiqlidir. Onun sözlərinə görə, nə qədər ki, ABŞ-nin yardımı Ukraynaya çatmayıb, Rusiya bu fürsətdən istifadə etməyə çalışacaq:

 

“Qarşıdakı günlərdə Rusiyanın ciddi hücumlar həyata keçirəcəyi və müəyyən ərazi qazanclarına nail olması mümkündür. Kremldə başa düşürlər ki, ABŞ-nin dəstəyinin Ukraynaya çatmasından sonra vəziyyət dəyişə bilər. Beləliklə, Rusiyanın irəliləməsi daha da çətin olacaq. Qarşıdakı günlərdə Rusiyanın Ukraynanın kritik obyektlərinə ciddi zərbələr endirməsi mümkündür. Amma Rusiya bununla nəyəsə nail ola bilməyəcək. Ümumiyyətlə, bundan sonra cəbhədə vəziyyətin ciddi formada dəyişəcəyi gözlənilmir”.

 

Ekspert qeyd edib ki, ABŞ-nin təsdiqlədiyi yardım Kiyevə müvəqqəti üstünlük qazandıracaq:

 

“Qarşıdakı aylarda Ukraynanın ciddi hərbi əməliyyatlar keçirməsi gözlənilir. Amma bu, müharibənin rəsmi Kiyevin maraqlarına uyğun formada, yəni Ukraynanın ərazi bütövlüyünə uyğun başa çatması üçün kifayət deyil. Əksinə, Ukraynanın ciddi əks- hücum əməliyyatlarına Rusiya da adekvat cavab verəcək. Bu isə vəziyyəti daha da gərginləşdirəcək. Beləliklə, üçüncü dünya müharibəsi və nüvə silahının tətbiqi ehtimalı getdikcə artır”.

 

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Qanun layihəsi təsdiqlənməsi üçün Senata ötürüləcək.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib

İngilis diyetoloqları Duane Mellor və Metyu Lambertin fikrincə, qırmızı və ultra emal olunmuş ətlər ən kanserogen (xərçəng törədən) qidalar sırasındadır. S...

Hakim Trampdan susmağı xahiş edib - SƏBƏB

Nyu-York məhkəmə hakimi Xuan Merçan keçmiş Amerika lideri Donald Trampdan gələcək prezident ola biləcəyinə görə susmağı və məhkəmə prosesini ictimaiyyətə şərh e...

Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Bədəndə iki fərqli bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər. Sfera.az bildirir ki, 24 saatlıq dövr ərzində bioloji prosesləri tənzi...

Şakiranın yeni sevgilisi ona jest etdi

31 yaşlı britaniyalı aktyor Lucien Laviscount  Şakiranı indiyə qədər tanış olduğu ən gözəl insanlardan biri adlandırıb.   Sfera.az bildirir ki, ...

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, “3-cü Mədən” adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübah...

Sirri hələ də açılmamış ən qəribə bank quldurluğu

27 avqust 2003-cü ildə ABŞ-da pizza kuryeri Brayan Uells şəhərin ucqar bir hissəsinə çatdırılma etmək üçün yola çıxdı. Pizzaları çatdırsa da, heç kimin ağlına b...