Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.

 

Sfera.az bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Qeyd olunub ki, ona bu gün həyat yoldaşı Veronika ilə danışmağa icazə verilib. Məlumata görə, Ruben Vardanyanın xanımı onu aclığı dayandırmağa razı sala bilib.

 

Xatırladaq ki, Ruben Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur.

 

Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Günay


OXŞAR XƏBƏRLƏR