Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.

 

Sfera.az bildirir ki, Mint Batterfild adlı qız sonuncu dəfə bazar günü Kaliforniyanın Bolinas şəhərində saat 22:00-da görülüb. “San Francisco Standard” xəbər saytının məlumatına görə, Batterfildin anası, “Flickr”in qurucusu Katarina Feyk bazar ertəsi qızının itkin düşdüyünü bildirib.

 

 

Qeyd olunub ki, Batterfild yoxa çıxan zaman anası ilə birlikdə yaşayırmış və Napa bölgəsindəki özəl internat məktəbində oxuyurdu.

 

"Mint sonuncu dəfə qara sviter, pijama şalvarı və qara çəkmə geyinib”, - səlahiyyətlilər bildirib.

 

Açıqlamada itkin düşən qızın boz rəngli çamadan daşıdığı da qeyd edilib. Onun açıq havada narkotik bazarı ilə tanınan San-Fransisko şəhərinin mərkəzindəki “Tenderloin”ə qaçdığı güman edilir.

 

Mint Butterfildin narkotik aludəçisi olduğu da məlum olub.

 

 

Qeyd edək ki, itkin düşən qızın atası Stüart Batterfild 2013-cü ildə “Slack” mesajlaşma proqramının yaradıcılarından biri olub, lakin 2021-ci ildə “Salesforce” adlı platformanı 28 milyard dollara aldıqdan sonra şirkəti tərk edib. “Forbes”in məlumatına görə, şirkətin sərvəti təxminən 1,6 milyard dollardır.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasın...

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.  ...

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin ad...

“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi (...

Polşa Ukraynaya qoşun göndərir? - RƏSMİ AÇIQLAMA

Polşa öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır.   Sfera.az bildirir ki, bunu ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. O...

“Qarabağ”dan son 25 ilin REKORDU

“Qarabağ” Misli Premyer Liqasının 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.    Sfera.az xəbər verir ki, Qurban...