Səfir: "Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır"

Səfir:

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.

 

O xatırladıb ki, Azərbaycanla sərhəddə mina partlayışı nəticəsində bir erməni əsgər yaralanıb.

 

“2020-ci il müharibəsi başa çatdıqdan sonra azərbaycanlı qurbanların sayı 352 nəfərdir”, - diplomat qeyd edib.

 

Xatırladaq ki, aprelin 25-də Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb və hadisə nəticəsində yaralanıb.


OXŞAR XƏBƏRLƏR