Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR:

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin satışının təşkili üçündür. Elə bir sistem qurulub ki, yazılan bu ünvanlar vasitəsilə satıcını görmədən belə narkotik vasitələr əldə etmək olur. Bu yazılar yavaş-yavaş məktəblərə yaxın yerlərdə də peyda olmağa başlayıb".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri texnobloger Fərid Pərdəşünas bildirib.

 

“Azercell və Azərbaycan Cüdo Federasiyası isə #DoğruYolBudur sosial təşəbbüs layihəsinin bir hissəsində bu yazıları qapatmağa başlayıb. Artıq o yazılar silinir və üzərinə belə mesaj ifadə edən posterlər yapışdırılır. Bu məsələ ictimailəşməlidir. Gözümüzün önündə, küçədə, evimizdə gizli təbliğat gedirmiş”.

 

Fərid Pərdəşünas qeyd edib ki, müvafiq qurumlar dərhal həmin teleqram kanallarına yönələn linki bloklamalıdır.

 

"Link aktivdir. Həmin link sayta, oradan teleqrama yönəldir. Birmənalı link bağlanmalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR