Kral Keyt Middltonu mükafatlandırdı

Kral Keyt Middltonu mükafatlandırdı

Uels şahzadəsi uzun illər ictimai xidmətinə görə Kraldan unikal mükafat alıb. Hazırda xərçənglə mübarizə aparan yaşlı Keyt Middlton 1917-ci ildə Kral V Corc tərəfindən incəsənət, elm, tibb və ictimai xidmət sahələrində görkəmli nailiyyətləri tanımaq üçün qurulan təşkilatın kral dostu seçilib.

 

Sfera.az bildirir ki, Keyt Midlton “Şərəf Yoldaşları Ordeni”nə layiq görülüb. Qeyd edək ki, ilk dəfədir, ordenin bütün əsrlik tarixində kral ailə üzvü belə bir vəzifəyə təyin edilir. 

 

Mənbələr bunun qayınatası Kral Çarlzın şahzadəyə göstərdiyi böyük ehtiramın simvolu olduğunu bildirir.


Bu, demək olar ki, 13 il əvvəl Şahzadə Uilyam ilə evləndiyi gündən vəliəhd qarşısında sadiq xidmətinə görə təkcə şəxsi təşəkkür deyil, həm də Keytin sənətə verdiyi töhfənin tanınmasıdır.

 

Keyt həvəskar fotoqrafdır və Kral Fotoqrafiya Cəmiyyətinin və Milli Portret Qalereyasının himayədarıdır, eləcə də “Hold Still” fotoqrafiya layihəsinin həmtəsisçisidir.

 

Qeyd edək ki, bu təyinat birbaşa kralın hədiyyəsi deyil, onun tövsiyəsi ilə kabinet tərəfindən seçilir.

 

“Şərəf Yoldaşları Ordeni”nin Birlik ölkələrindən 65 üzvü var.

 

Qeyd edək ki, Şahzadə Keytin yeni vəzifəsi Kral Çarlzın dünən etdiyi bir çox yeni təyinatlardan biridir. Siyahıya kral ailəsinin digər üzvləri də daxildir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR