"İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar" - Nazir

"İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar" - Nazir

"İkili ixtisası olan müəllimlər gələcəkdə hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar".

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, müəllim imtahanda uğurlu nəticə göstərdiyi fənn üzrə tədrisə davam edəcək.

 

“Əgər müəllim iki yerdə çalışırsa və sertifikasiya imtahanında uğur qazanıbsa, onun hər iki iş yerində əməkhaqqı artırılacaq”, - Emin Əmrullayev qeyd edib

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR