Bu müəllimlər imtahandan kəsilməyib – AÇIQLAMA

Bu müəllimlər imtahandan kəsilməyib – AÇIQLAMA

30 yaşa qədər olan ibtidai sinif və Azərbaycan dili və ədəbiyyatı müəllimləri arasında sertifikatlaşdırmadan kəsilən olmayıb.


Sfera.az xəbər verir ki, bunu Kamran Əsədov deyib:


“Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif , Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən 25 yaşa qədər və 25-29 yaş aralığında olanlarının hamısı (100%-i) müvafiq keçid balını (30) toplamağa müvəffəq olub. Belə ki, yaş aralıqlarına əsasən, uğurlu nəticə göstərən ibtidai sinif müəllimlərinin faizi belədir: 30-34 yaş – 97%, 35-39 yaş – 85%, 40-49 yaş – 83%, 50-59 yaş – 85%, 60 və daha yuxarı yaşda olanlar isə 92% olmaqla, ümumilikdə onların 86%-i müvafiq keçid balını toplaya biliblər. Digər tərəfdən, yerdə qalan 14% isə 2-ci cəhddə də keçid balını toplaya bilməyib”. 


Ekspert qeyd edib ki, bununla yanaşı, uğurlu nəticə göstərən Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin yaş qrupları üzrə paylanması faizi isə daha yüksəkdir.


“30-34 yaş – 99%, 35-39 yaş – 96%, 40-49 yaş – 94%, 50-59 yaş – 90%, 60 və daha yuxarı yaşda olanlar isə 90% olmaqla, ümumilikdə onların 94%-i müvafiq keçid balını toplaya biliblər. Yerdə qalan 6% isə 2-ci cəhddə də keçid balını toplaya bilməyib”.

 


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR