Mikayıl Budaqova yeni vəzifə verildi
Kateqoriya məlum deyil
Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində yeni təyinat olub.
Sfera.az xəbər verir ki, Mikayıl Budaqov Baş İdarənin Bəyannamələr idarəsinin rəisi təyin edilib.
Bu vəzifədə o, Emil Süleymanovu əvəzləyib.
M.Budaqov bundan əvvəl Milli Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil idarəsinin rəis müavini olub. Daha əvvəl "EY" şirkətində audit sahəsində müxtəlif vəzifələrdə çalışıb. O, 2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında müəllimdir.

Açar sözlər:






