İki xəstəxanada yeni təyinatlar
Kateqoriya məlum deyil
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Şaiq Şükürov xəstəxananın direktoru vəzifəsinə təyin edilib.
Şaiq Şükürov bu təyinatadək Füzuli Rayon Mərkəzi Xəstəxanasında çalışıb.
Noyabrın 3-də Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. O, digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasına isə yeni baş həkim təyin edilib. Bu vəzifəyə Qəhrəmanova Ceyran Vaqif qızı təyin olunub.
Ceyran Qəhrəmanova bu təyinata qədər Füzuli Rayon Mərkəzi Xəstəxanasında Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Açar sözlər:






