Azərbaycan millisində yeni təyinat

Kateqoriya məlum deyil
T
Azərbaycan Atletika Milli Komandasının məşqçilər heyəti yeni mütəxəssislə güclənib.
Sfera.az xəbər verir ki, Olimpiya Oyunlarının mükafatçısı və Rusiya milli komandasının keçmiş məşqçisi Sergey Jelanov bundan sonra Azərbaycan yığmasının heyətində fəaliyyət göstərəcək.
Təcrübəli mütəxəssis artıq milli komandanın təlim-məşq prosesinə cəlb olunub. O, idmançıların məşq proqramlarının təkmilləşdirilməsinə və qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyəsinin yüksəldilməsinə cavabdeh olacaq.






