Pezeşkian
Paşinyan və Pezeşkian Türkiyədə nə danışıb? - DETALLAR
Antalyada COP31 liderlərinin sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Sfera.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin dəftərxanası məlumat yayıb. Bildirilib ki, həmsöhbətlər Ermənistan-İran hökumətlərarası komissiyasının İrəvanda bu yaxınlarda keçirilmiş iclasında əldə olunmuş razılaşmaları və onların səmərəli icrasını vurğulayıblar. Diplomatlar yüksək səviyyəli ikitərəfli görüşlərin intensiv xarakterini vurğulayıb və
Region11.11.2026 19:24
Putin vəd verdi: İrana necə dəstək göstərəcək?
Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkianın Türkmənistanda keçirilən görüşündə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Putin həmkarına ölkəsinin regiondakı vəziyyətlə bağlı İrana əlindən gələn köməyi göstərməyə hazır olduğunu bildirib. Eyni zamanda, Rusiya lideri İranın münaqişənin başa çatdırılması istiqamətində real addımlar atdığını və Moskvanın bundan xəbərdar olduğunu vurğulayıb. Putinin açıqlaması Rusiyanın İrana dəstəyinin hansı istiqamətləri əhatə edə biləcəyi
Siyasət09.10.2026 14:34
Pezeşkian Xameneinin son durumunu açıqladı
İranın ali rəhbəri Müctəba Xamenei tam sağlamdır. Sfera.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian CBS telekanalına müsahibəsində bildirib. “Xamenei tibbi baxımdan tam sağlamdır”, – deyə Pezeşkian qeyd edib. ABŞ mediasında Müctəba Xameneinin ABŞ və İsrailin İrana endirdiyi zərbələr zamanı ağır yaralandığı barədə iddialar yayılıb. İran tərəfi isə bu məlumatları təkzib edib. Pezeşkian müsahibəsində Xameneinin üz və ayaqlarındakı xəsarətlərinin sağaldığını və onun səhhəti ilə
Siyasət26.09.2026 18:22
Pezeşkian ABŞ-nin təklifinin təfərrüatlarını açıqladı
Razılaşdırılmış çərçivəyə uyğun olaraq Tehran Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı razılaşmalara riayət etməyə hazırdır. Sfera.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "CBS News"a müsahibəsində bildirib. Pezeşkiana görə, gəmiçilik marşrutları ilə bağlı fikir ayrılıqları əvvəlcə danışıqlar yolu ilə həll edilə bilərdi. Lakin bunun əvəzinə, vəziyyət əldə olunmuş razılaşmanın pozulmasına gətirib çıxardı. Pezeşkian qeyd edib ki, razılaşdırılmış gəmiçilik marşrutları İran
Dünya26.09.2026 12:32
Pezeşkianın nüvə açıqlaması ABŞ ilə danışıqlara necə təsir edəcək? - ŞƏRH
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasındakı çıxışında ölkəsinin nüvə silahı yaratmadığını, lakin dinc məqsədli nüvə texnologiyalarından istifadə hüququndan imtina etməyəcəyini bildirib. Tehran nüvə enerjisindən tibb, ərzaq təhlükəsizliyi və sənaye inkişafı məqsədilə istifadəni vacib hesab etdiyini vurğulayıb. İranın nüvə proqramından geri çəkilməməsi ABŞ ilə danışıqlara necə təsir edə bilər? Hazırkı məqamda bu açıqlama danışıqlara zərbə endirmirmi? Mövzu ilə bağlı Sfera.az -a
Siyasət24.09.2026 14:03
Tramp Pezeşkianla görüşmək istədi - Sülh yaxındır?
Sentyabrın 23-də BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri başlayır. Sessiyada İran rəsmilərinin də iştirakı gözlənilir. ABŞ Prezidenti Donald Tramp isə İran Prezidenti Məsud Pezeşkianla görüşmək istədiyini bildirib. Tərəflər arasında Nyu-Yorkda təkbətək görüşün keçirilməsi mümkündürmü və belə bir görüş hansı nəticələrə səbəb ola bilər? Bu barədə Sfera.az -a danışan siyasətçi Cavanşir Abbaslı bildirib ki, hazırkı vəziyyətdə Tramp və Pezeşkian arasında təkbətək görüşün
Siyasət21.09.2026 16:06
Pezeşkian sabah Qırğızıstana səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian sabah Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək məqsədilə Qırğızıstanın paytaxtı Bişkekə səfər edəcək. IRIB xəbər verir ki, İran Prezidenti yüksəksəviyyəli nümayəndə heyətinin müşayiətində olacaq. İki günlük səfərin proqramına ŞƏT sammitində çıxış və bəzi liderlərlə görüş daxildir. Xatırladaq ki, Pezeşkianın rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır. ///report///
Dünya30.08.2026 19:31
"Hörmüz boğazı açıla bilər" - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazının açılmasının mümkün olduğu ilə bağlı açıqlama verib. O, bunun ABŞ-ın müəyyən öhdəlikləri yerinə yetirməsindən asılı olduğunu bildirib. Sfera.az xəbər verir ki, Pezeşkian ABŞ-nin Pakistan vasitəçiliyi ilə imzalanmış İslamabad Memorandumundakı öhdəliklərini yerinə yetirməsi halında Hörmüz boğazının açıla biləcəyini deyib. İran Prezidenti qeyd edib ki, Hörmüz boğazı ilə bağlı yol xəritəsi hazırlanıb və bu sənəd İranın ali rəhbərliyinə, İnqilab
Media29.08.2026 10:51
Pezeşkian: ABŞ-lə danışıqlar hələ də mümkündür
İran ABŞ-lə danışıqları davam etdirməyə hazırdır, lakin Vaşinqtonun iqtisadi təzyiqlərinə qarşı müqavimət göstərəcək. Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “CBS News”a açıqlamasında bildirib. “Bizim mövqeyimiz problemləri qarşılıqlı əlaqə və danışıqlar yolu ilə anlamaq və həll etməkdir. Eyni zamanda, indiyə qədər olduğu kimi, iqtisadi təzyiqlərə qətiyyətlə qarşı çıxacağıq”, – deyə Pezeşkian bildirib. Onun sözlərinə görə, İran ABŞ sanksiyalarına qarşı mübarizə aparmaq
Siyasət26.08.2026 16:37
Pezeşkian ABŞ ilə müharibənin bitməsindən danışdı
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibənin başa çatdırılmasının vacib olduğunu bildirib. Sfera.az xəbər verir ki, Pezeşkian bu barədə Tehranda İslam Həkimlər Birliyinin Baş Assambleyasındakı çıxışı zamanı danışıb. “Müharibə bir nöqtədə başa çatmalıdır. Bu gün güc və nüfuz sahibi olduğumuz, bütün dünyanın qələbəmizi qəbul etdiyi bir vaxtda müharibəni bitirməyimiz daha yaxşıdır”, - deyə İran prezidenti bildirib. Pezeşkian bunun İranın mümkün hücumlar qarşısında geri addım atacağı
Siyasət21.08.2026 16:02
İran liderini Pezeşkian razı salıb - “The New York Times“
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneini ABŞ-la danışıqlara razı salan ölkə Prezidenti Məsud Pezeşkian olub. Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə “The New York Times“ İran rəsmilərinə istinadən məlumat verir. Mənbələrin bildirdiyinə görə, Pezeşkian ABŞ-nin dəniz blokadası səbəbindən İran iqtisadiyyatının iflas etməyə yaxın olduğu və ABŞ ilə danışıqlara razılıq verilməsə, özünün istefa verəcəyi ilə bağlı xəbərdarlıq edib. Bundan başqa, Mərkəzi Bankın müdiri də İranda
Dünya04.07.2026 17:25











