Koreya
Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
Şimali Koreya lideri Kim Çen Inın ölümü barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Sfera.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvləri üçün keçirilən qapalı brifinqin iştirakçılarına istinadən məlumat yayıb. Məlumata görə, brifinq bu gün ölkənin Milli Kəşfiyyat Xidməti tərəfindən təşkil edilib. Qeyd olunur ki, sentyabrın 30-da keçirilən əvvəlki brifinq zamanı kəşfiyyat təxminən 140 kiloqram çəkisi olan və ürək-damar xəstəlikləri
Dünya23.10.2026 19:31
Dünyanı yeni müharibə gözləyir - PROQNOZ
Cənubi Koreya Şimali Koreyanın sərhəd boyunca əlavə hərbi qüvvə və silahlar yerləşdirmək təhdidlərinə sərt reaksiya verib. Rəsmi Seul bildirib ki, Pxenyan sərhəd bölgəsində hərbi fəallığını artıracağı təqdirdə qəti cavab tədbirləri görüləcək. Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreyanın əlavə taktiki hücum silahları yerləşdirmək və sərhəddə səsgücləndiricilər vasitəsilə yayımları bərpa etmək niyyətindən ciddi narahatlıq ifadə edib. Seul sərhəd xəttində xəbərdarlıq atəşlərinin və digər
Siyasət22.10.2026 11:32
Cənubi Koreya Yaxın Şərqdə hərbi əməliyyatlara qoşula bilər
Cənubi Koreya Yaxın Şərqdə hərbi fəaliyyətini genişləndirmək imkanını nəzərdən keçirir. Sfera.az bildirir ki, “Kyunghyang Shinmun” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Seuldan İrana qarşı hərbi əməliyyatlara dəstək verməsini tələb edir. Nəşrin yazdığına görə, Seul 2009-cu ildə Ədən körfəzinə göndərilmiş “Çhonhe” adlı dəniz quldurluğuna qarşı mübarizə bölməsinin fəaliyyət zonasını genişləndirməyi araşdırır. Bu zonaya Hörmüz boğazı ilə əlaqəli Oman körfəzi də daxil edilə bilər.
Dünya16.10.2026 09:34
Cənubi Koreya Kim Çen Inın bacısına cavab verdi
Cənubi Koreya Şimali Koreyanı “lazımsız tənqidlərə və təhqiramiz ifadələrə” son qoymağa, Koreya yarımadasında sülh və qarşılıqlı etimadın bərqərar olması üçün addımlar atmağa çağırıb. Sfera.az xəbər verir ki, "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Prezident Administrasiyası Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Kim Yo Conqun açıqlamalarına münasibət bildirib. Açıqlamada Şimali Koreyaya müraciət edilərək
Dünya21.08.2026 16:09
Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı
Cənubi Koreya prezidenti Li Çje Myonq Şimali Koreyaya iki Koreya arasında müharibəyə son qoymaq və Pxenyanın nüvə proqramını dayandırmaq yollarını müzakirə etmək üçün birbaşa danışıqlara başlamağı təklif edib. Sfera.az xəbər verir ki, Li Çje Myonq bu açıqlamanı Koreyanın 1910-1945-ci illərdə Yapon müstəmləkə hakimiyyətindən azad edilməsinin 81-ci ildönümü münasibətilə keçirilən mərasimdə verib. "Gəlin bir-birimizi təhdid etmək niyyətimizdən əl çəkək və birbaşa iştirak edən tərəflər olaraq bu
Dünya15.08.2026 14:47
Şimali Koreya qısamənzilli ballistik raket buraxıb
Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadasının şərqində yerləşən dəniz istiqamətində qısamənzilli ballistik raket buraxıb. Sfera.az bildirir ki, bu barədə Cənubi Koreya hərbi kommandanlığı məlumat yayıb. Son buraxılış Şimali Koreyanın bu il keçirdiyi bir sıra silah sınaqlarından sonra baş verib. Həmin sınaqlara qısamənzilli ballistik raketlər, artilleriya raketləri və ölkənin hərbi imkanlarını gücləndirmək məqsədi daşıyan digər taktiki silahlar daxildir. Şimali Koreyanın dövlət
Dünya06.08.2026 16:36






