Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı

Cənubi Koreya prezidenti Li Çje Myonq Şimali Koreyaya iki Koreya arasında müharibəyə son qoymaq və Pxenyanın nüvə proqramını dayandırmaq yollarını müzakirə etmək üçün birbaşa danışıqlara başlamağı təklif edib.
Sfera.az xəbər verir ki, Li Çje Myonq bu açıqlamanı Koreyanın 1910-1945-ci illərdə Yapon müstəmləkə hakimiyyətindən azad edilməsinin 81-ci ildönümü münasibətilə keçirilən mərasimdə verib.
"Gəlin bir-birimizi təhdid etmək niyyətimizdən əl çəkək və birbaşa iştirak edən tərəflər olaraq bu uzunmüddətli müharibəyə son qoymaq üçün danışıqlara başlayaq. Bu müddətdə Şimali Koreyanın nüvə inkişafını dayandırmağın təsirli yollarını da müzakirə edə bilərik", - deyə o qeyd edib.
Li müharibəyə son qoymaq və "qeyri-sabit atəşkəs sistemini" sülh rejimi ilə əvəz etmək niyyətini vurğulayıb. /unikal






