Cənubi Koreya Kim Çen Inın bacısına cavab verdi

Cənubi Koreya Şimali Koreyanı “lazımsız tənqidlərə və təhqiramiz ifadələrə” son qoymağa, Koreya yarımadasında sülh və qarşılıqlı etimadın bərqərar olması üçün addımlar atmağa çağırıb.
Sfera.az xəbər verir ki, "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Prezident Administrasiyası Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Kim Yo Conqun açıqlamalarına münasibət bildirib.
Açıqlamada Şimali Koreyaya müraciət edilərək hökumətə və dövlət başçısına qarşı “təhqiramiz ifadələrdən” çəkinməyin vacibliyi vurğulanıb. Cənubi Koreya Prezident Administrasiyası bildirib ki, hökumətə və dövlət başçısına yönələn təhqiramiz ifadələr qarşılıqlı etimadın bərpasına kömək etmir.
Kim Yo Conq daha əvvəl ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması barədə qərarından sonra Seulun “çətin vəziyyətdə” olduğunu bildirmişdi. Tramp avqustun 16-da ABŞ və Cənubi Koreyanın keçirdiyi birgə hərbi təlimlərin “əhəmiyyətli dərəcədə” azaldılmasını tələb etdiyini açıqlamışdı. O, qərarın səbəbləri arasında təlimlərin yüksək maliyyətini göstərmişdi.
Bundan sonra Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada ABŞ-la birgə keçirilən “Ulçi Azadlıq Qalxanı” hərbi təliminin avqustun 22-də başa çatdırılacağı bildirilib. Təlimin ilkin olaraq avqustun 17-27-də keçirilməsi planlaşdırılmışdı. Cənubi Koreyanın son açıqlaması Seul və Pxenyan arasında gərginliyin azaldılması və Koreya yarımadasında sülhün təmin olunması istiqamətində dialoqa çağırış kimi qiymətləndirilir.
İradə Elsevər






