Şimali Koreya qısamənzilli ballistik raket buraxıb

Şimali Koreya qısamənzilli ballistik raket buraxıb
Kateqoriya məlum deyil
T

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadasının şərqində yerləşən dəniz istiqamətində qısamənzilli ballistik raket buraxıb.

Sfera.az bildirir ki, bu barədə Cənubi Koreya hərbi kommandanlığı məlumat yayıb.

Son buraxılış Şimali Koreyanın bu il keçirdiyi bir sıra silah sınaqlarından sonra baş verib. Həmin sınaqlara qısamənzilli ballistik raketlər, artilleriya raketləri və ölkənin hərbi imkanlarını gücləndirmək məqsədi daşıyan digər taktiki silahlar daxildir.

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın məlumatına görə, son təsdiqlənmiş silah sınağı iyunun sonunda keçirilib. Sınaq zamanı təkmilləşdirilmiş 240 millimetrlik yaylım atəşli reaktiv sistem, taktiki ballistik raketlər və 155 millimetrlik özüyeriyən haubitsa sınaqdan keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR