İlk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək. Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbir çərçivəsində regional bağlantılar, ticarət, sənaye, investisiyalar, enerji təhlükəsizliyi, tranzit, süni